Beyləqanda bədbəxt hadisə: 65 yaşlı kişini elektrik cərəyanı vurub
10:32 HadisəBeyləqan rayonunda bədbəxt hadisə nəticəsində 65 yaşlı kişi həyatını itirib.
Olaylar.az Trendə istinadən xəbər ki, hadisə rayonun Xaçınabad kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işi apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31