Ağstafada mikroavtobusla minik avtomobili toqquşub
14:01 HadisəAğstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Olaylar.az-ın məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. "Mercedes Vito" markalı mikroavtobus ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Belə ki, nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31