Bu ölkədə güclü zəlzələ olub

Sakit Okeanın cənubunda yerləşən Tonqa adasında güclü zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu haqda ABŞ Geoloji Tədqiqatlar İdarəsi (USGS)məlumat yayıb.

Məlumata görə, 7,6 bal gücündə zəlzələnin yeraltı ocağı 238 kilometr dərinlikdə olub. Yerli vaxtla 17:38-də qeydə alınmış yeraltı təkanların episentri Tonqanın ikinci ən iri şəhəri olan Neiyafu olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Hələlik sunami xəbərdarlığı elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31