Turistləri daşıyan avtobus AŞDI: 9 ölü, xeyli yaralı var

Peruda, And dağlarında turistləri daşıyan avtobusun yamacdan aşması nəticəsində azı doqquz nəfər ölüb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Yerli yanğınsöndürmə xidmətlərinin məlumatına görə, qəza zamanı nəqliyyat vasitəsində təxminən 25 nəfər - turistlər və onların bələdçiləri olub.

Peru Səhiyyə Nazirliyi 15 yaralının dörd xəstəxanaya aparıldığını təsdiqləyib.

Hazırda ölənlərin milliyyəti müəyyən edilir və onların arasında əcnəbilərin olub-olmadığı barədə məlumatlar dəqiqləşdirilir.

Qəzaya dağ yolunda görünüşü əhəmiyyətli dərəcədə azaldan qatı dumanın səbəb olduğu düşünülür.

Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31