Bir gündə iki ölüm - Dəm qazı yenə can aldı

Naxçıvanın Babək rayonunda ər və arvadı dəm qazında boğularaq ölüb.

Olaylar.az-ın Trend.az-a məlumatına görə, hadisə ötən gün baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində su qızdırıcıdan dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31