ABŞ-də təyyarə yanğınsöndürən maşınla toqquşub

ABŞ-nin Nyu-York şəhərinin La-Quardiya aeroportu uçuş zolağında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşının toqquşmasından sonra qeyri-müəyyən müddətə bağlanıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava reyslərinin real vaxt monitorinqini aparan "Flightradar24" xidməti bəyan edib.

Xidmətin məlumatına əsasən, qəzaya uğrayan hava nəqliyyat vasitəsi "Air Canada" hava yolları şirkətinə məxsus olan "Express CRJ-900"təyyarəsi olub.

Qəzanın səbəbləri araşdırılır. Təfərrüatlar barədə məlumat verilmir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31