Moskva-Bakı reysi ilə uçan "Aeroflot" şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.
Olaylar.Az Milli.Az-a istinadən xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.
Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz şəkildə yerə enib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31