Cəlilabadda qəza: Piyada öldü

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az-ın məlumatına görə, hadisə martın 20-si baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Hüseynov Məhəmməd Nazim oğlu idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman piyada - 1977-ci il təvəllüdlü Rzayev Ceyhun Kazım oğlunu vurub.

Hadisə zamanı sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31