DİN: Qarabağa səfər zamanı tezalışan maddələrin aparılması qəti qadağandır
12:36 HadisəQarabağa səyahət edən vətəndaşların oraya tez alışan maddələri aparması qadağandır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Novruz və Ramazan bayramlarında Qarabağa səyahət edən vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, bayram günlərində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirirlər:
"Vətəndaşlar isə məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər. Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar. Bundan əlavə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur".