Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərdən xəbər var
16 Mart 15:50 HadisəSosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.
Təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini təqsirli bilməyiblər. Məhkəmə istintaqının başlanıldığı elan edilib.
Daha sonra təqsirləndirilən İbrahim Əsədli ifadə verib.
Məhkəmənin növbəti iclası 6 aprelə təyin edilib.
Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.