Ağdərədə FHN-in maşını aşdı: Bir nəfər həlak oldu, yaralılar helikopterlə Bakıya gətirildilər

Ağdərə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd "Kamaz" markalı yanğınsöndürmə avtomobili qəza edib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

*****

Ağdərə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Ağdərə-Tərtər yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus avtomobil aşıb.

Qəza nəticəsində iki nəfər FHN əməkdaşı ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31