Güclü maqnit qasırğası olub
13 Sentyabr 2024 16:11 HadisəSentyabırın 13-də gecə saatlarında Yer üzünə maqnit qasırğası çatıb. Qasırğa G3 səviyyəsindədir, bu da güclü hesab edilir.
Olaylar bildirir ki, bunu "Fobos" hava mərkəzinin baş mütəxəssisi Mixail Leus deyib.
Hadisə şimal işıqlarının yaranmasına səbəb olub və bir sıra Rusiya bölgələrinin sakinləri bu təbii hadisəni müşahidə ediblər.
Şimal işıqları Moskva bölgəsində, eləcə də, Voronej, Novqorod, Leninqrad, Sankt-Peterburq, Petrozavodsk, Perm və digər şəhərlərdə görülüb.
Qasırğanın günün ortalarına qədər davam edəcəyi və intensivliyinin dəyişkən olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31