Bakıda 14 yaşlı autizm xəstəsi faciəvi şəkildə öldü
11 Sentyabr 2024 18:41 HadisəBakıda xəstə uşaq binadan yıxılaraq ölüb.
Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
2010-cu il təvəllüdlü S.Baxşəliyev 17-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
S.Baxşəliyev autizmdən əziyyət çəkirmiş. Onun evdə tək olduğu, huşsuz vəziyyətdə yıxıldığı bildirilir.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31