Avtomobilin üzərində içki məclisi təşkil edən gənclərlə bağlı polis HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
4 Sentyabr 2024 19:29 HadisəSosial şəbəkələrdə gənclərin hərəkətdə olan avtomobilin üzərində içki məclisi təşkil etdiklərinin görüntüləri yayılmışdı.
Olaylar xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə sürücü ilə yanaşı ictimai qaydanın pozulmasına yol verən sərnişinlər də müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31