Yaşayış binasında yanğın, sakinlər təxliyə edildi - VİDEO

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Olaylar xəbər verir ki, hadisə şəhərin 28 May küçəsindəki binaların birində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı ikiotaqlı mənzilin mətbəx hissəsi yanıb. Hadisə nəticəsində binada yaşayan təxminən 35 nəfər sakin təxliyə edilib.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndərənləri cəlb olunub.

Yanğın qısa müddətə söndürülüb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31