Bakıda güclü yanğın başladı

Bakı şəhəri ərazisində obyektlərin birində yanğın başlayıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yanğının Nizami rayonu ərazisində baş verdiyi iddia olunur.

Olaylar.az bildirir ki, FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonunda  avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31