Suraxanıdakı yanğına görə bir nəfərə yerində tibbi yardım göstərilib - TƏBİB
30 Avqust 2024 16:16 HadisəRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
Olaylar xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.
Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verib. "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31