Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - FOTO
30 Avqust 2024 10:24 HadisəBakı Metropoliteninin 20 Yanvar Stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
Olaylar xəbər verir ki, "APA-Economics" in əməkdaşının məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.
Bakı Metropopoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "APA-Economics"ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xəttindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyatı yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətindən də bildirilib ki, keçidlərdəki mağazaların onlara aidiyyatı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31