Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB
12 Avqust 2024 15:40 Hadisəİşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024 - 11.08.2024) məlumat açıqlanıb.
ANAMA-dan Olaylar-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10 040 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 224,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31