Nardaranda evdən 20 min manat oğurlandı
12 Avqust 2024 14:24 HadisəBakıda evdən oğurluq olub.
Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:
"Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb".
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31