Gədəbəydə tuneldə qumbara tapıldı

Gədəbəy rayonunda qumbara aşkar edilib.

Olaylar.az Ədliyyə Nazirliyi Penitensiar Xidmətə istinadən xəbər verir ki, DİN ilə birgə keçirilən tədbirləri nəticəsində İmamquliyev Nurlan Kamil oğluna məxsus "RQM-D" markalı əl qumbarası və 1 ədəd "DVM" markalı partladıcının yeri müəyəyn edilib.

Qumbara və partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində köhnə tunelin içərisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31