Bakıda avtobusda DƏHŞƏT: qadın təkərin altında qalaraq öldü
22 May 2024 10:35 HadisəBakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.
Olaylar xəbər verir ki, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi "Daewoo" markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan" marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin - 1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31