Sumqayıtda fəhlə iş zamanı öldü - FOTO

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə "Baxça Şəhər" adalanan ərazidə qeydə alınıb.

1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31