18 yaşlı qız itkin düşdü
21 May 2024 19:18 HadisəCəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Zeynalova Nahidə Xəyal Qızı mayın 17-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, Nahidə Zeynalovanın əlamətləri bunlardır:
Boyu 158 sm, gözləri qəhvəyi, saçları qara rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində göy rəngli köynək olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31