Xalq artistinin xanımı xəstəxanaya YERLƏŞDİRİLDİ: Durumu ağırdır
21 May 2024 17:10 HadisəMərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti
Olaylar.az xəbər verir ki, bunu Yenicag.az-açıqlamasında Xalq artistinin oğlu Rövşən Quliyev deyib.
O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:
"Anamın səhhəti ağırdır. "Semaşko"ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31