Bakıda “Prius” sürücüsü qadını vurub qaçdı - VİDEO

Paytaxtın Binəqədi rayonunda piyadanı vuran sürücü hadisə yerindən qaçıb. 

Olaylar.az bildirir ki, bununla bağlı videonu Avtosfer.az yayıb. 

Belə ki, 77-HX-359 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü yüksək sürətlə avtomobilləri sağdan ötməyə başlayıb. Bu zaman yolun kənarında olan qadını qolundan vuraraq qaçıb. 

Hadisə həmin yolda hərəkətdə olan avtomobildə yerləşdirilmiş videoregistrator tərəfindən qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31