Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Aprel 2024 10:33 HadisəErmənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.
Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib.
"Hökumət nəyin bahasına olursa-olsun sülhə nail olmaq üçün planını davam etdirir", - deyə qeyd edilib.
Qeyd edək ki, "Döyüş qardaşlığı" Qazaxın işğalda olan rayonlarının geri qaytarılmasına qarşı çıxan qurumdur. Bu qruplaşma faktiki olaraq muzdluların toplaşdığı terror təşkilatıdır.
Bir müddət əvvəl onlar Qazaxın işğaldakı kəndlərinə girmişdilər./Globalinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31