Bakıda oteldəki yanğın söndürülüb (YENİLƏNİB)
20 Aprel 2024 19:52 HadisəBakıda oteldə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən oteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
18:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31