Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri Omelçenko vəfat edib.

Qeyd edək ki, Yuri Vladimiroviç Omelçenko Bakıda anadan olub. Bakı Bələdiyyə Teatrında, Gənc Tamaşaçılar Teatrında çalışıb. 1997-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Rusiya istehsalı olan "Dronqo" (2002, rejissor Zinoviy Royzman) serialında çəkilib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31