Cəlilabadda yol qəzası - 4 nəfər yaralandı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31