Laçında bədbəxt hadisə: ekskavatoru təmir edən usta ölüb

Laçında bədbəxt hadisə baş verib.

Olaylar.az Trend-in Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavator təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31