Narkotik təsir altında olan sürücü SAXLANILDI
19 Aprel 2024 13:57 HadisəNarkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib. Bildirilib ki, sözügedən sürücü başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.
"Belə ki, Baş DYP İdarəsinin əməkdaşları tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan "Volkswagen" markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil Lökbatan dairəsi yaxınlığında saxlanılıb. Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkar olunduğundan barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.