Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

16:12

Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

12:08

Bakıda evdən qızla oğlanın meyiti tapılıb.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən evlərdən birində oğlanla qızın meyiti hamam otağında aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31