Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.

Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31