Lənkəranda yaşlı qadını maşın vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Boladı kənd sakini 1967 - ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

Belə ki, ağır bədən xəsarətləri alan piyada Lənkəran Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31