Dərnəgüldə dəhşətli YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunublar.

Həmin görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31