Xankəndidə silah-sursat aşkarlandı
17 Aprel 2024 10:45 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31