Tovuzda kəşfiyyat uçuşu həyata keçirmək istəyən kvadrokopter zərərsizləşdirildi
17 Aprel 2024 10:40 HadisəTovuzda kəşfiyyat uçuşu həyata keçirmək istəyən kvadrokopter zərərsizləşdirilib.
Olaylar xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31