Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”
17 Aprel 2024 10:10 Hadisə"Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu".
Olaylar xəbər verir ki, bunu Bizim.Media-ya mərhum deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.
O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub:
"Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik".
Qeyd edək ki, sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib. O, bu gün 76 yaşında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31