Təcili tibbi yardımın əməkdaşlarına xəsarət yetirildi
17 Aprel 2024 10:08 HadisəAğsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.
Olaylar.az bildirir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31