Bakıda yol qəzası: sıxlıq yaranıb
16 Aprel 2024 18:13 HadisəBakının Binəqədi rayonunda baş verən qəza sıxlığa səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31