"Semka" ləqəbli tiktoker HƏBS EDİLDİ
16 Aprel 2024 16:46 HadisəSosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, bu dəfə "Semka" ləqəbi ilə tanınan 1994-cü il təvəllüdlü Samir Ramazanov saxlanılıb.
Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31