Şüvəlanda yol qəzası - xəsarət alanlar var

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Şükürov Ramil İxtiyar oğlu, 2006-cı il təvəllüdlü Hüseynzadə Əliabbas Ağa oğlu və həmyaşıdı Əlizadə Naib Oktay oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31