Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var
16 Aprel 2024 09:59 HadisəBakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib.
Qafqazinfo xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yük avtomobili ilə piyadanı vurub. Nəticədə 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlu ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31