Sabirabadda ağır QƏZA- ÖLƏN VƏ YARALANANLAR VAR
15 Aprel 2024 10:03 HadisəSabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü Məmmədov Sabir Bayram oğlu hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü İsmayılova Dostu Əliyar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31