Erməni hərbçilər ikinci dəfə qəzaya düşdü
13 Aprel 2024 10:32 HadisəErmənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu "KamAZ"ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Bu barədə "Sputnik Armeniya" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.
Tonoyan bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31