Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
13 Aprel 2024 10:19 HadisəBakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.
"İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb", - məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:
"Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31