Şamaxıda heyvana qarşı zorakılıq faktı araşdırılır
9 Aprel 2024 14:41 Hadisəİtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31