Bakıda “Makarov”la gəzən şəxs tutuldu

Bakının Xəzər rayonu, Binə qəsəbəsində üzərində "Makarov" gəzdirən şəxs saxlanılıb.

Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının əməkdaşları narkotiklərin dövriyyəsinə qarşı 42 əməliyyat keçirilib. Dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31