Gəmi batdı, XEYLİ SAYDA ÖLƏN VAR — FOTO
8 Aprel 2024 14:15 HadisəMozambikdə bərəyə çevrilən balıqçı qayığının həddindən artıq yüklənməsi səbəbindən batması nəticəsində azı 91 nəfər ölüb.
Olaylar xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP məlumat yayıb.
Məlumata görə, gəmidə 130 nəfər olub. Dövlət katibi bildirib ki, gəmi həddindən artıq yüklənib və sərnişin daşımaq üçün uyğun olmayıb.
Onun sözlərinə görə, yayılan vəba epidemiyası ilə bağlı yalan məlumat səbəbindən gəmidə çaxnaşma başlayıb və sərnişinlərin əksəriyyəti quruya çıxmağa çalışıb.
Dövlət katibi ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Xilasedicilər beş nəfəri sağ çıxarıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Gəminin batmasının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31